Almaniyada ilk velosiped qarajı açılıb

 14:58 02.06.2021     73

İri şəhərlərdə çoxmərtəbəli evlərin və ofis binalarının altında yeraltı qarajlar və parklamalar bir növ adi hal alıb. Qənaət məqsədilə və ümumiyyətlə ekologiyaya qayğı səbəbindən çox vaxt velosipedlərdən istifadə edən və işə velosipedlə gedib-gələn insanlar bu ikiçarxlı nəqliyyat vasitələrini haradasa saxlamalıdırlar!

Redaktor.az xəbər verir ki, bu günlərdə Hamburqda velosipedlər üçün ilk ictimai qaraj açılıb. 600 velosiped üçün nəzərdə tutulan bu qarajda 145 yer onlayn sifariş edilmək üçün əlçatan olacaq. Yaxınlıqda, açıq səma altında isə daha 400 velosiped üçün yer var.

Velosipedçiləri sevindirən bu qeyri-adi, lakin rahat infrastrukturun istifadəyə verilməsi şəhər sakinlərinin alternativ hərəkət vasitəsi kimi velosipedlərdən istifadə etmələrini stimullaşdıracaq.

Bundan əlavə, Hamburq şəhərinin küçələrində velosipedçilər üçün yeni hərəkət zolaqları salınır və köhnə hərəkət zolaqları təmir edilir. //AzərTac