Qırğızıstanın sabiq baş naziri həbs olunub

 17:57 02.06.2021     81

Qırğızıstanın sabiq baş naziri həbs olunub.

Redaktor.az bildirir ki, bu barədə Bişkekin Pervomayski rayon məhkəməsi məlumat yayıb.

Bildirilib ki, sabiq baş nazir Omurbek Babanov korrupsiya ittihamı ilə iki ay müddətinə həbs olunub.

Qeyd edək ki, Qırğızıstan Nazirlər Kabinetinin keçmiş rəhbəri "Kumtor" qızıl mədəninin işlənməsi layihəsinin həyata keçirilməsi ilə bağlı korrupsiyada şübhəli bilinir. O, mayın 31-də xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.

O. Babanov ölkənin keçmiş prezidenti Almazbek Atambayevin dövründə baş nazir və 2017-ci ilin oktyabrında Qırğızıstanda keçirilən prezident seçkilərində Soronbay Jenbekovun əsas rəqibi idi. //APA