İspaniyada 800 kq-dan çox qara kokain ələ keçirilib

 20:39 02.06.2021     76

İspaniya polisi kömür kimi maskalanmış və bu səbəbdən qara rəngli və qoxusuz olan 826 kiloqram kokain ələ keçirib.

Redaktor.az xəbər verir ki, əməliyyat Portuqaliya xüsusi xidmət orqanları ilə birgə həyata keçirilib.

Yük Kolumbiyadan gətirilib və İspaniya Baskoniya muxtariyyətinə göndərilməli idi.

Polisdə olan məlumata görə, partiya qara bazarda təxminən 30 milyon avro dəyərindədir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin bir Əlcəzair, iki İspaniya vətəndaşını da saxlayıb. //Report