Britaniyada koronavirusla bağlı SON STATİSTİKA

Böyük Britaniyada son sutka ərzində 4330 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4,494,699 nəfərə çatıb.
Redaktor.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 12 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127,794 nəfərə çatıb. //APA