Rusiyadakı azərbaycanlılar, DİQQƏT! - YENİ QƏRAR verildi

 11:30 03.06.2021     78

Rusiya hökuməti rus dilini, tarixini və ölkə qanunvericiliyinin əsaslarını xarici miqrantlar üçün minimum səviyyədə bilmək üçün tələbləri təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Miqrantlardan tələb olunur ki, sosial, gündəlik həyatda və bəzi peşələrdə sərbəst rus dilində danışsınlar. Bu hal işə qəbul, xəstəxana və polisə müraciət zamanı tətbiq olunur. Miqrantlar tələb olunan sənədləri sərbəst şəkildə doldurmağı da bacarmalıdır.

Həmçinin miqrantlar Rusiya tarixindən də imtahan verəcəklər. Onlardan əsas hadisələr, böyük şəhərlərin adları və dövlətin əsas bayramları barədə imtahan götürüləcək.

Bundan əlavə, ölkədə olduqları müddətdə hüquqlarını, azadlıqlarını və vəzifələrini də bilməlidirlər. //Baku.ws