Rusiyada qızıl mədənində partlayış olub - Ölən var

 12:58 03.06.2021     477

Rusiyanın Buryatiya Respublikasında qızıl hasilatı mədənində baş verən partlayış nəticəsində 1 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, partlayış respublikanın Okin rayonundakı “Vladimir” mədənində qeydə alınıb.

Hadisə mədənin 1 saylı girişində partlayıcı maddənin partlaması nəticəsində meydana gəlib.

Şaxtada 8 nəfər olub, onlardan 1-i ölüb, 7-si təxliyə olunub.

İlkin versiyaya görə, partlayışa texniki təhlükəsizliyin pozulması səbəb olub. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən