Türkiyənin yeni PUA-sı ilk tapşırığını icra edib - VİDEO

Türk Aviasiya və Kosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan AKSUNGUR pilotsuz uçuş aparatı ilk tapşırığını icra edib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir “Twitter” hesabında bildirib.
“Ankaradakı TUSAŞ müəssisələrindən Adananın Şakirpaşa hava limanına uçan AKSUNGUR beləliklə ilk tapşırığına başladı. Əməyi olan hər kəsi təbrik edirəm, xeyirli olsun”, - deyə İ.Dəmir qeyd edib. //Oxu.az