"Lukoil" "Dostluq" yatağının operatoru ola bilər

 18:35 03.06.2021     96

Rusiyanın "Lukoil" şirkəti Xəzər dənizinin Azərbaycan və Türkmənistan sektorlarının sərhədində yerləşən "Dostluq" neft və qaz kondensatı yatağına qoşulmaq istiqamətində danışıqlar aparır və yatağın operatoru olacağını gözləyir.

Redaktor.az-ın məlumatına görə bunu jurnalistlərə açıqlamasında şirkətin prezidenti Vahid Ələkbərov deyib.

"Hazırda "Dostluq" yatağı üzrə danışıqlar aparılır, bu prosesdə fəal iştirak edirik. Həm Türkmənistan Prezidentinə, həm də Azərbaycan Prezidentinə "Lukoil" şirkətini bu işə cəlb etdiklərinə görə minnətdarıq. Növbəti hökumətlərarası saziş və hasilatın pay bölgüsü (PSA) müqaviləsi hazırlanır. Bu layihənin operatoru olmaq istəyirik, payı hələ bilmirik", - deyə V. Ələkbərov qeyd edib.

Qeyd edək ki, Azərbaycan və Türkmənistanın dəniz sərhədində yerləşən "Dostluq" neft və qaz kondensatı yatağı 1986-cı ildə Azərbaycan neftçiləri tərəfindən kəşf edilib.