Bağdadda partlayış olub - Ölənlər var

İraqın paytaxtı Bağdadın Kazımiyyə rayonunda insanların sıx toplaşdıqları ərazidə qaz balonunun partlaması nəticəsində 2 nəfər ölüb, 14 nəfər yaralanıb.
Redaktor.az xəbər verir ki, məlumatı ölkənin Təhlükəsizlik Xidməti yayıb.
Hadisə iyunun 4-də gecə saatlarında Kazımıyyədə Bab-əl Murad adlı restoranın yaxınlığında baş verib.
Ölənlərin və yaralananların sayının artacağı ehtimal edilir. Hadisənin terror hücumu nəticəsində baş verdiyi istisna olunmur. //Report.az