Ermənistanda şok görüntülər: Əsgər meyitləri torbalara yığılıb - FOTO

İkinci Qarabağ müharibəsində ölən Ermənistan hərbçilərinin üst-üstə qalaqlanmış cəsədlərini əks etdirən fotoşəkillər yayılıb.
Redaktor.az xəbər verir ki, Abovyan Məhkəmə Tibbi Mərkəzinin zirzəmisində çəkilən kadrlarda ölmüş hərbçilərin bədən hissələrinin olduğu plastik torbalar öz əksini tapıb. Görüntülər Ermənistanda rezonans yaradıb.
Müharibədə itkin düşən hərbçilərin valideynləri paytaxt İrəvanda nümayiş keçiriblər..
Ermənistan səhiyyə naziri vəzifəsini icra edən Anahit Avanesyan yayılan görüntülərə görə üzr istəyib.
Orxan İsmayılov / Redaktor.az


