Norveçdə meşə yanğını: 500 nəfər təxliyə olunub - FOTO

Norveçin cənub-qərb sahilindəki Bergen şəhəri yaxınlığındakı Sotra adasında iyunun 3-dən başlayan meşə yanğını davam edir.
Redaktor.az xəbər verir ki, yanğının söndürülməsi üçün təxminən 150 nəfərlik xilasetmə qrupu təhkim olunub. Eyni zamanda, onlara hava dəstəyi də verilir.
500-ə yaxın sakin təhlükəsiz bölgələrə köçürülüb.
Yanğının səbəbi məlum deyil.
Orxan İsmayılov / Redaktor.az
