Avstriya kanslerinə "AstraZeneca" peyvəndi vurulub

 14:33 05.06.2021     103

Avstriya kansleri Sebastian Kurts yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd olunub.

Redaktor.az bildirir ki, bu barədə kanslerin ofisi məlumat yayıb.

Qeyd olunub ki, S.Kurts "AstraZeneca" peyvəndi vurdurub.

Avstriya kansleri əhalini könüllü şəkildə kütləvi vaksinasiya kampaniyasında iştirak etməyə çağırıb.

Qeyd edək ki, Avstriyada 2020-c-i ilin dekabrından etibarən əhalinin COVID-19-a qarşı vaksinasiyasına başlanıb. Vaksinasiyada "Pfizer-BioNTech", "Moderna", "AstraZeneca" peyvəndlərindən istifadə olunur. //APA