Rusiyada öldürülən azərbaycanlının dostları tutulub

 00:42 06.06.2021     76

Rusiyanın Novosibirsk Mərkəzi Rayon Məhkəməsi polisin açdığı atəş nəticəsində ölən 19 yaşlı Vəkil Abdullaevin dostları İlkin İsmayılov və Ruslan Qurbanov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

Redaktor.az bildirir ki, bu barədə Sib.fm məhkəmənin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Bildirilir ki, İlkin İsmayılov hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməkdə günahlandırılır.

Qeyd edək ki, Vəkil Abdullayevi qətlə yetirən polis avtoinspektoru Aleksandr Qusev azadlığa çıxıb.

R.Qurbanov hadisə zamanı avtomobili idarə edən şəxsdir. İ.İsmayılov isə V.Abdullayevin qətlə yetirildiyi anının əks olunduğu görnütülərin müəllifidir. //Oxu.az