İstanbulda polis belə bıçaqlanıb - VİDEO

 00:23 06.06.2021     77

Türkiyənin İstanbul şəhərində cinayət hadisəsi törədilib.

Redaktor.az xəbər verir ki, Kadıköy ərazisində yaşanan hadisə zamanı Hakan Esertaş adlı şəxs kuryerə 145 lirə dəyərində sifariş verib.

Daha sonra Esertaş sifarişi gətirən kuryer Ruslanbekə 200 lirə ödəyib və pulunun geri qalanını istəyib. Ruslanbek xırda pulu olmadığını onunla gələrsə yaxınlıqda bir yerdə pulunun geri qalan hissəsini alıb verəcəyini deyib.

Bu zaman onlar arasında mübahisə yaşanıb və Esertaş kuryeri döyməyə başlayıb. Həmin vaxt yaxınlıqda olan polis əməkdaşı Osman Şahal davaya müdaxilə edərək kuryeri mübahisə yerindən uzaqlaşdırıb. Daha sonra Hakan Esertaş polisə hücum edib. Şübhəli şəxs cibindən bıçaq çıxardaraq onu belindən və qarnından bıçaqlayıb.

Baş verənlərdən sonra Esertaş həbs edilib, yaraladığı polis əməkdaşı isə xəstəxanaya yerləşdirilib. Cinayətin araşdırılması üzrə istintaq başladılıb.

Yaralı polis əməkdaşı məhkəməyə təqdim etdiyi şikayət ərizəsində Hakanın ömürlük həbs edilməsini tələb edib. Özbək əsilli kuryer Ruslanbek isə Esertaşa qarşı polisə təqdim etdiyi şikayət ərizəsini geri çəkib. Araşdırmalar zamanı onun qaununi kuryer işləmədiyi aşkarlanıb. //BAKU.WS