Kəndə hücum edən silahlılar 100 nəfəri öldürüb

Silahlıların Burkino-Fasonun şimal-şərqində yerləşən Solxan kəndinə hücumu nəticəsində 100-ə yaxın insan həlak olub.
Redaktor.az xəbər verir ki, hücum edənlər evləri və yerli bazarı yandırıblar. Hakimiyyət orqanlarının yaydığı bəyanatda silahlılar terrorçu kimi səciyyələndirilib.
Bundan əvvəl France-Press agentliyi ölkənin şimalındakı Tadaryat kəndinə silahlı basqın zamanı 14 nəfərin öldürüldüyü barədə xəbər verib. Yerli Omega radiostansiyasının məlumatına görə, silahlılar xalq könüllü dəstələrinin postuna hücum ediblər. Sonra kəndin ərazisinə soxularaq sakinləri atəşə tutublar. //AzərTac