Çində silahlı şəxs insanlara hücum edib: 5 nəfər ölüb

 21:01 05.06.2021     216

Çinin şərqində yerləşən Anhoy əyalətində bıçaqla silahlanmış şəxsin hücumu nəticəsində 5 nəfər ölüb, daha 15 nəfər xəsarət alıb.

Redaktor.az məlumat verir ki, bu barədə “Global Times” qəzeti xəbər yayıb.

Hücumun bu gün Ansin dairəsində baş verdiyi bildirilir.

Hadisəni törədən şəxs saxlanıb. Hadisə ilə bağlı istintaq aparılır. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən