İranda güclü zəlzələ olub

İranda 5,2 bal gücündə zəlzələ baş verib.
Redaktor.az-ın məlumatına görə, yeraltı təkanlar İlam əyalətinin Salehabad qəsəbəsində qeydə alınıb. Zəlzələ yerli vaxtla saat 09:24-də yerin 9 km dərinliyində olub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Orxan İsmayılov / Redaktor.az