Peruda prezident seçkilərinin ikinci turu keçirilir

 10:20 06.06.2021     163

Peruda bu gün prezident seçkilərinin ikinci turu keçiriləcək.

Redaktor.az-ın məlumatına görə, vətəndaşlar solçu radikal "Azad Peru" partiyasının nümayəndəsi Pedro Kastilyo ilə sağçı "Xalq Gücü" partiyasından Keyko Fuximori arasında seçim etməli olacaqlar.

Paytaxt Limada seçicilərin üçdə ikisindən çoxu keçmiş Peru rəhbəri Alberto Fuximorinin qızı Keyko Fuximoriyə, üçdə biri isə solçu namizədə səs vermək niyyətindədir. Bölgələrdə isə vəziyyət tam əksinədir, respondentlərin 60,8 faizi Kastilyoya üstünlük verir. Solçu namizəd daha çox kasıb, Fuximori isə varlı və orta təbəqənin dəstyinə sahibdirlər.

Peruda 70 yaşa qədər seçicilərə səsvermədə iştirak məcburidir. Seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılacaq və yerli vaxtla saat 19:00-da səsverməni başa çatdıracaq. Seçkilərin ikinci turunun gedişini 15 xarici nümayəndə heyəti müşahidə edəcək. Təhlükəsizliyi polisdən başqa, 60 mindən çox hərbi qulluqçu təmin edəcək. //Trend.az