"Milan"ın keçmiş oyunçusu ölü tapılıb

 11:04 06.06.2021     705

İtaliyanın “Milan” futbol klubunun keçmiş futbolçusu Seyid Visin 20 yaşında vəfat edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə klubun “Twitter” hesabında bildirilib.

Gənc oyunçunun meyiti valideynləri tərəfindən İtaliyanın Kampania bölgəsində Noçera-İnferiore qəsəbəsindəki mənzilində tapılıb. Ölüm səbəbi hələlik məlum deyil.

Seyid Visin Efiopiyadandır. İtaliyaya yeddi yaşında gəlib, yerli bir ailə tərəfindən himayəyə götürülüb. Visin “Milan” gənclər akademiyasında oxuyub. 2017-ci ildə o, mini futbola keçib. //Oxu.az