Dünyada yeni xəstəlik yayıldı - Hər iki xəstədən biri ölür

 11:18 06.06.2021     688

Hindistanda iki yüzdən çox insanın ölümünə səbəb olan "qara göbələk" xəstəliyi qonşu ölkə olan Nepalda bir nəfərin həyatına son qoyub.

Redaktor.az-ın məlumatına görə, Nepal Səhiyyə Nazirliyinin sözçüsü Krişna Prasad Poudel ölkədə azı 10 nəfərin bu xəstəliyə tutulduğunu bildirib. 

Xəstəliyin COVID-19-a qarşı steroid terapiyasının immunitet sistemindəki təzyiqdən qaynaqlandığı düşünülsə də, ölən şəxsin koronavirus testinin mənfi çıxdığı deyilir. 

Həmçinin mukormikoz adlandırılan xəstəliyə tutulan hər iki nəfərdən biri ölür. Belə ki, normalda nadir görülən bu infeksiyadan sağ qalma ehtimalı 50 % olaraq qiymətləndirilir. Bəzi xəstələr yalnız bir gözləri çıxarıldığı təqdirdə həyata davam edə bilərlər.

Orxan İsmayılov / Redaktor.az