Tramp: ABŞ Baydenin hakimiyyəti altında dağılır

 12:16 06.06.2021     240

ABŞ prezidenti Cozef Baydenin başçılığı ilə yeni administrasiya zamanı dağıdır.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş lideri Donald Tramp bildirib.

"Bu gün biz toplaşarkən gözlərimizin önündə ölkəmizi məhv edirlər. Cinayətlər artır, polis departamentləri hissələrə parçalanıb, maliyyələşdirilməyib", - Şimali Karolinada respublikaçıların qurultayında çıxış edən Tramp deyib.

Tramp vurğulayıb ki, o və müttəfiqləri həmişə Amerikanı önə çəkirlər. "Biz polisə, bayrağa hörmət edirik", - Tramp bildirib.

ABŞ-ın sabiq rəhbəri əlavə edib ki, ABŞ-da aralıq seçkilərin keçiriləcəyi 2022-ci il respublikaçılar üçün fövqəladə olacaq. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən