Slovakiyada "Sputnik V" peyvəndi ilə vaksinasiya BAŞLAYIR

Slovakiya vətəndaşlarının koronavirusa qarşı Rusiyanın istehsal etdiyi "Sputnik V" peyvəndi ilə vaksinasiyası iyunun 7-si başlayacaq.
Redaktor.az-ın məlumatına görə, Rusiyanın istehsal etdiyi peyvəndlə vaksinasiya olunmaq istəyənlər üçün Slovakiyada iyunun 1-dən onlayn şəkildə qeydiyyat başlayıb.
Vaksinasiyada 18-60 yaşlarında vətəndaşlar iştirak edə bilər. //Trend.az