Üçüncü Dünya Müharibəsi planı necə quruldu? - GİZLİ TARİX

 14:40 06.06.2021     377

İngiltərəli tarixçi Gils Milton yeni dərc olunan "Berlində Şah Mat" adlı kitabında İngiltərənin keçmiş Baş naziri Vinston Çörçillin Üçüncü Dünya Müharibəsinə başlamaq üçün gizli bir plan qurduğundan yazıb.

Redaktor.az xəbər verir ki, kitabdakı iddiaların İngiltərə Milli Arxivində olan və 1998-ci ildə məxfiliyi aradan qaldırılan "müharibə kabineti" sənədlərinə əsaslandığı bildirilir. 

Nasist Almaniyasının məğlub olduğu İkinci Dünya Müharibəsindən sonra, 1945-ci ilin fevralında Avropanın yenidən şəkilləndirilməsinin müzakirə edilməsi üçün Yalta Konfransı keçirilib. Konfransda ABŞ prezidenti Franklin Ruzvelt, İngiltərə Baş naziri Uinston Çörçill və SSRİ rəhbəri İosif Stalin iştirak edib. 

Məlumata görə, iclasdan sonra Çörçill öz komandasına Üçüncü Dünya Müharibəsinə başlamaq üçün plan hazırlamağı tapşırıb. "Düşünülməz Əməliyyat" adlanan planda İngiltərə, ABŞ və müttəfiqlərinin Sovet İttifaqına qarşı quru, hava və dənizdən hücumu necə həyata keçirəcəyi təsvir edilib. Planın məqsədi Sovet İttifaqına “ABŞ və İngiltərə İmperiyasının iradəsini” qəbul etdirmək idi. 

3. Dünya Savaşı için gizli plan

Planın əsas memarı general Ceffri Tompson gücləri bərabərləşdirmək üçün məğlub olan nasist hərbi qüvvələrin yenidən silahlandırılmasını təklif edib. Lakin bu təklif baş tutmayıb.

1945-ci ildə Ruzveltin ölümündən sonra hakimiyyətə gələn Harri Truman amerikalıların sovet qoşunlarını Polşadan çıxarmaq səylərinə dəstək olmasının qeyri-mümkün olduğunu bildirib. Beləliklə, Çörçillin planı rədd edilib.

Kitabda qeyd olunub ki, Çörçill dövlət katibi Entoni Edenə ABŞ orduları Avropadan çıxmazdan əvvəl Stalinin torpaq arzularına zərbə vurulmasa, Üçüncü Dünya Müharibəsinin qarşısını almağın çox çətin olacağını deyib. Çörçill həmçinin komandirlərinə SSRİ ordusunu indi məğlub etməsələr, gələcəkdə bunu bacarmayacaqlarını bildirib. 

Orxan İsmayılov / Redaktor.az