İndoneziya sahillərində güclü zəlzələ olub

İndoneziyanın Talaud adaları sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
Redaktor.az-ın məlumatına görə, yeraltı təkanların episentri Manado şəhərindən 246 kilometr şimal-şərqdə, ocağı isə 70 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi yoxdur. //Trend.az