Nigeriyada silahlı toqquşma: 88 nəfər ölüb

 01:30 07.06.2021     59

Nigeriyanın şimal-qərbində yerləşən Kebbi əyalətində silahlı qruplaşmalar arasında davam edən münaqişədə 88 nəfərin öldüyü bildirilir. Bundan başqa, qəbilələrin silahlı dəstələri bir sıra vəhşiliklər – adam oğurluğu, işgəncələr törədiblər.

Redaktor.az xəbər verir ki, Kebbi əyalətinin polis sözçüsü Nafiu Əbubəkir icmalar arasında torpaq mübahisəsi zəminində on illərdir davam edən toqquşmaların daha da qızışdığını bildirib. O, son silahlı münaqişədən sonra 88 nəfərin cəsədinin aşkar edildiyini əlavə edib. Polis rəsmisi qeyd edib ki, motosikletlə hücum edən silahlılar 7 kənddə insanlara atəş açıblar.

Nigeriya ordusu və polis digər kəndləri də silahlı hücumlardan qorumağa çalışır. Digər tərəfdən, ölənlərin sayının daha çox olduğu ehtimalı əsasında ucqar yaşayış məntəqələrində cəsədlərin axtarışı davam edir. "Sərhədsiz Həkimlər" təşkilatının yerli nümayəndələri isə Nigeriyanın bu əyalətində epidemiya və aclıq təhlükəsi ilə bağlı xəbərdarlıq ediblər. //AzərTac