Dünya tezliklə dağıla bilər - Alimlərdən XƏBƏRDARLIQ

 17:27 06.06.2021     524

Məlum olduğu kimi, Yerə yaxın müddətdə nəhəng asteroidin yaxınlaşması gözlənilmir. Lakin tədqiqatçılar bunun gec-tez baş verəcəyini bildirirlər.

Redaktor.az xəbər verir ki, Planetin Müdafiəsi Konfransında təxminən iyirmi ölkədən 200 nəfərlik bir qrup 6 ay ərzində bir asteroidin Yer kürəsi ilə toqquşacağı fərziyyəsinin üzərində çalışıb. Ancaq bu asteroidi məhv edə və ya istiqamətini dəyişdirə bilən missiya həyata keçirmək üçün mövcud texnologiyanın gücsüz olduğu, eyni zamanda vaxt məhdudiyyətinin olması diqqətə çatdırılıb.

Mütəxəssislər, planetimizi bu cür təhlükədən qorumaq üçün 5-10 il əvvəldən məlumatlı olmağın vacibliyini dilə gətiriblər. 

NASA zamanla yaxınlıqdakı asteroidləri kataloqlaşdırmağı və günəş sistemi boyunca yollarını müəyyənləşdirməyi planlaşdırır. Belə olan halda Yerə yaxınlaşan hər hansı naməlum obyekti məhv etmək və ya yolunu dəyişdirmək şansı yüksək olar. Lakin bunu reallaşdırmaq üçün NASA-ya hələ ki, mövcud olmayan bir kosmik teleskop lazımdır. Belə bir teleskopun 2026-cı ildə Yer orbitinə çıxarılması planlaşdırılır.

MIT astronomu Riçard Binzel sözügedən teleskopun hazırlanması istiqamətində işlərin görülmədiyini bildirib. 

"Vaxtımız get-gedə azalır. Hazırda böyük asteroidin təsirlərindən qorumaq üçün yalnız şansa güvənirik. Ancaq şans, bir plan deyil", - deyə Binzel vurğulayıb.

Orxan İsmayılov / Redaktor.az