NATO Baltik dənizində təlimlərə başlayıb

 19:39 06.06.2021     73

NATO bu gün Baltik dənizindəki ən böyük beynəlxalq hərbi təlim Baltops 2021-ə başlayıb.

Redaktor.az bildirir ki, bu barədə Alman Hərbi Dəniz Qüvvələrinin Kieldəki mətbuat xidməti məlumat verib.

Məlumata görə, 18 iyuna qədər davam edəcək manevrlərdə ümumilikdə 40 hərbi-dəniz birləşməsi, 60 təyyarə və 4 minə yaxın hərbçi iştirak edir.

Təlimdə 16 NATO ölkəsi, Finlandiya və İsveç iştirak edir. //APA