ABŞ-da silahlı insident: Ölənlər və xəsarət alanlar var

ABŞ-ın Florida ştatında atışma baş verib.
Redaktor.az-ın məlumata görə, Mayam-Deyd dairəsində yerləşən restoranda baş verən atışça nəticəsində 3 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Məlumata əsasən, dayanacaqda duran avtomobildən restorandan çıxan insanlara atış açılıb. Hazırda atəş açan şəxslərin axtarışları davam etdirilir. //Trend.az