Pakistanda iki qatar toqquşub - 25 nəfər ölüb

Pakistanın cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində ən az 25 nəfər ölüb.
Redaktor.az-ın məlumatına görə, bu barədə "Associated Press" agentliyi yerli polis və xilasetmə briqadalarına istinadən bildirib.
Məlumata əsasən, hadisə Sind vilayətinin Qotki şəhərində baş verib. Qatarlardan biri relsdən çıxıb və ikinci sərnişin qatarının üstünə çırpılıb.
Hələ ki, hadisənin səbəbləri barədə təfərrüatlar verilməyib. //Trend.az