İtaliyada rekord sayda insan peyvəndlənib

 15:27 07.06.2021     82

İtaliyada koronavirus əleyhinə vaksinasiya kampaniyasında növbəti rekord qeydə alınıb.

Redaktor.az xəbər verir ki, iyunun 4 və 5-də ümumilikdə 1,2 milyon insan koronavirus əleyhinə peyvənd olunub. Bununla da gündəlik yarım milyon peyvənd dozasının tətbiqi rekordu təzələnib.

Hazırda 12,7 milyon peyvənd vurulmuş insanla İtaliya Avropa İttifaqı ölkələri arasında Almaniyadan sonra ikinci yerdədir. Bu göstərici İtaliyada yaşı 12-dən yuxarı əhalinin 24 faizi deməkdir.

Səhiyyə orqanlarının verdiyi məlumata əsasən, bu həftə daha 4,1 milyon peyvənd dozası İtaliyaya gətirilməlidir və həmin kontingent yeniyetmələrin vaksinasiyası üçün nəzərdə tutulur.

Vaksinasiya kampaniyasının uğurla irəliləməsi fonunda ölkədə yeni yoluxma hallarının statistikasında da azalma müşahidə olunur. İyunun 6-da İtaliyada 2275 yoluxma qeydə alınıb, ölkə üzrə həyata keçirilən 150 min testdən 1,5 faizinin nəticələri müsbət olub. //AZƏRTAC