Argentinada daha 347 nəfər ölüb - COVID-19

 16:07 07.06.2021     326

Argentinada son gün ərzində koronavirusa 16 415 yoluxma faktı qeydə alınıb.

Redaktor.az bildirir ki, ölkədə daha 347 nəfər COVID-19-dan ölüb.

Argentinada koronavirusa yoluxanların ümumi sayı 3 955 439, ölənlərin sayı isə 81 214 nəfərdir.

Orxan İsmayılov / Redaktor.az