Türkiyədə koronavirusla bağlı son vəziyyət - STATİSTİKA

 21:38 07.06.2021     269

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 91 nəfər həyatını itirib.

Redaktor.az xəbər verir, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 218 min 164 nəfər test edilib, onların 5 min 647-nin koronavirus testi pozitiv nəticə verib, 6 min 576 nəfər sağalıb, min 60 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 48 min 255 nəfər ölüb.

Türkiyədə indiyədək 5 miyon 293 min 627 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 167 min 350 nəfəri müalicə olunaraq evə buraxılıb. //APA

#

Vumart və Güvən reklamı Vumart Güvən