Britaniyada daha 5683 nəfər yoluxub - COVID-19

Böyük Britaniyada son sutka ərzində 5683 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 522 476 nəfərə çatıb.
Redaktor.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 1 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 841 nəfərə çatıb. //APA