Pakistanda sərnişinlə dolu avtobus çaya düşüb

 10:36 08.06.2021     67

Pakistanın Xeybər-Paxtunkva əyalətində sərnişin mikroavtobusu çaya düşüb.

Redaktor.az bildirir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Hadisə baş verən vaxt avtobusda 18 nəfər olub.

Xilasedicilər hələ ki, sudan yalnız bir nəfərin cəsədini çıxara biliblər.

17 sərnişin itkin düşmüş hesab olunur. Axtarışlara peşəkar dalğıclar iştirak edirlər.

İlkin məlumata görə, sürücü kəskin dönmə əməliyyatını yerinə yetirərkən idarəetməni itirib və nəticədə mikroavtobus yoldan çıxaraq aşıb. //Oxu.az