Dünyanın nəhəng saytları çöküb

 17:09 08.06.2021     70

“Amazon” və “Reddit” onlayn alış-veriş platformaları da daxil omaqla bir çox saytların fəaliyyətində fasilələr yaranıb.

Redaktor.az xəbər verir ki, kəsilmələrin səbəbinə dair rəsmi açıqlama yayılmayıb.

“Newsweek”in yaydığı məlumata görə, son bir neçə saatda Avstraliya, Şimali Amerika, Böyük Britaniya, Avropa İttifaqı və Çində internetin kəsilməsi ilə bağlı hesabatlar verilib.

Nasazlıq səbəbindən "Financial Times", "Bloomberg News", “The Independent”, “The Guardian” və “New York Times”ın veb saytlarına hazırda giriş mümkün deyil.

“Guardian”ın texnoloji redaktoru Aleks Hern bildirib ki, kəsilməyə səbəb mərkəzi ABŞ-da yerləşən “Fastly” bulud hesablama xidməti provayderində bir nasazlıq ola bilər. //Report.az