Pakistan ABŞ-a hərbi baza verməyəcək

 16:35 08.06.2021     67

Pakistan kontinqentini Əfqanıstandan çıxaran ABŞ-a hərbi baza verməkdən imtina edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə Pakistan Xarici İşlər naziri Şah Mahmud Qureyşi “Geo News” telekanalına müsahibəsində bildirib.

“Biz sülh prosesinin (Əfqanıstanda) qoşunların çıxarılması ilə irəliləməsini istəyirik. Dünya Pakistanı problemin bir hissəsi kimi görmür”, - deyə o qeyd edib.

Qureyşi vurğulayıb ki, Pakistanın ABŞ-a hərbi baza vermək fikri yoxdur. //Oxu.az