Kanadada 215 uşağın cəsədi tapıldı - Dəhşətli olay

 22:15 08.06.2021     389

Katolik dünyasının və Vatikan kilsəsinin ruhani lideri Papa Frensisk Kanadada bir katolik kilsəsinə aid məktəbin bağçasında 215 uşağın cəsədinin tapılmasını kədərlə izlədiyini bildirsə də, üzr istəməyib.

Redaktor.az xəbər verir ki, papa Vatikanda ənənəvi duadan sonra Britaniya Kolumbiyası ştatındakı bir hindu internat məktəbinin ərazisində 215 uşağın cəsədinin tapılması məsələsinə toxunub.

“215 uşağın cəsədinin tapılması ilə bağlı Kanadadan gələn xəbərləri ağrılı şəkildə izləyirəm. Kanada yepiskoplarına, Kanadadakı Katolik Kilsəsinə və Kanada xalqına yaxın olduğumu bildirirəm”, - Papa Frensisk bildirib.

Həyatını itirən uşaqlar üçün dua etdiyini bildirən Papa, Kanada ictimaiyyətinin üzr tələblərini cavabsız qoyub. //Teleqraf.com