"Allah bizdən üz döndərib" - Paşinyan

 22:45 08.06.2021     129

"Ötən il Qarabağdakı müharibədə Ermənistanın məğlubiyyətinin səbəbi bəlkə də Allahın ölkədən üz çevirməsi idi".

Redaktor.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan Araqatsot vilayətinin əhalisi ilə görüşündə deyib.

“Ən vacib və ağrılı sual – niyə 2020-ci ildə uğursuzluğa düçar olduq? Bunun müxtəlif izahları ola bilər. Siyasi, hərbi, geosiyasi, iqtisadi səbəblər haqqında düşünürük. Bu gün yolda məndə bir fikir yarandı ki, 12-ci psalmada yazıldığı kimi, ola bilsin Allah bizdən üz çevirib”, - N.Paşinyan bildirib. //Axar.az