Makron sillələnməsindən danışdı

Fransa prezidenti Emmanuel Makron məruz qaldığı hücumla bağlı jurnalistlərə açıqlama verib.
Redaktor.az xəbər verir ki, o, bundan sonra həyatına hər hansı təhlükənin olub-olmaması barədə verilən sualları cavablayıb.
“Həyatıma təhlükə yoxdur. Mən onunla (sillə vuran şəxs – red.) birlikdə olan insanları salamlamağa davam etdim və foto çəkdirdim. Davam etdim və davam edəcəyəm. Məni heç nə saxlaya bilməz”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, E.Makron Drom şəhərində sakinlərlə görüşdə naməlum kişi tərəfindən sillələnib. //Axar.az