Koronavirusun yeni növü aşkarlandı - Sürətlə yayılır

Hindistanda koronavirusun yeni əlamətləri aşkarlanıb.
Redaktor.az xəbər verir ki, B1617.2 və ya "Delta" adlandırıln yeni növ üzə çıxıb. Mütəxəssislər "Delta"nın koronavirusun indiyədək kəşf edilən ən yoluxucu növü kimi qiymətləndirirlər.
Bu virusa yoluxan xəstələrdə qan laxtalanması müşahidə olunur. Qanqrena, eşitmə pozğunluğu və şiddətli mədə ağrıları da yeni növ virusun əlamətləri arasındadır.
Orxan İsmayılov / Redaktor.az