Bolqarıstana məxsus qırıcı Qara dənizə düşüb

Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə Qara dənizdə qəzaya uğrayıb.
Redaktor.az bildirir ki, bu barədə yerli “Seqa” qəzeti yazıb.
Nəşr hazırda pilotların axtarışının davam etdiyini qeyd edib.
Hadisə MiQ-29 qırıcısı tərəfindən “Şabla 21” təlimləri zamanı uçuş icra olunarkən baş verib. //Oxu.az