Rusiyada erməni evinə gələn məmurları güllələyib - FOTO

 15:02 09.06.2021     359

Rusiyanın Soçi şəhərində erməni iki məhkəmə icraçısını ov tüfəngi ilə vurub.

Redaktor.az məlumat verir ki, 61 yaşlı Vartan Koçiyan icazəsiz tikintinin sökülməsinə dair məhkəmə qərarının icrası üçün gələn məmurları öldürüb.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Cinayətkar tutulub.

Qeyd edilir ki, sözügedən qanunsuz tikililərdə 2019-cu ildə baş verən yanğın nəticəsində 11 nəfər həyatını itirib. //Oxu.az

2