İstanbulda PKK terror təşkilatına qarşı ƏMƏLİYYAT

 17:32 09.06.2021     240

İstanbulda PKK terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilir.

Redaktor.az xəbər verir ki, terror təşkilatının üzvləri ilə bağlı cinayət işi üzrə aparılan istintaq çərçivəsində daha 11 nəfərin saxlanılması barədə qərar qəbul olunub. Həmin şəxslər terror təşkilatına maddi dəstək göstərməkdə təqsirləndirilirlər. Bu məqsədlə iyunun 9-da səhər saatlarından etibarən şəhərin yeddi rayonunda axtarış aparılıb.

On iki ünvanda aparılan əməliyyatlar zamanı saxlanılanlar arasında Xalqların Demokratik Partiyasının (HDP) İstanbulun Bəyoğlu rayon təşkilatının həmsədri Mehmet Sait Bor da var.

Əməliyyatlar davam etdirilir. //AzərTac