Atası koronavirusdan ölən şair İNTİHAR ETDİ

 23:00 09.06.2021     549

Moskvada 38 yaşlı şair Vasili Borodin özünü öldürüb. 

Redaktor.az Rusiya mediasına istinadla bildirir ki, bu haqda özünün “Facebook” səhifəsində şairə Anastasiya Zelenova məlumat yayıb. 

Borodinin meyiti Lefortovodakı evinin  pəncərəsi altında aşkar olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin yayında intihardan əvvəl yazılan məktubu da tapıblar. //Lent.az