ÜST: Yoluxma sayı azalır

 01:30 10.06.2021     122

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, son bir həftə ərzində dünyada koronavirusa 3 016 005 yoluxma qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu, yoluxma sayının 15% azalması deməkdir.

Əvvəlki yeddi günlə müqayisədə ölüm sayı 31 may - 6 iyun arasında 8% azalaraq 73 807 nəfərə düşüb.

6 iyun tarixinə qədər yoluxma sayı 172 673 097, pandemiya başlayandan ölüm sayı 3 718 944 olub.

COVID-19 xəstələrinin əksəriyyəti - 914 min nəfərdən çoxu Hindistanda qeydə alınıb.

Braziliyada bu rəqəm 449, Argentinada isə 212 mindən çoxdur. //Oxu.az