Cənubi Koreyada bina çökdü - 9 ölü, 8 yaralı

 23:15 09.06.2021     75

Cənubi Koreyanın Kvancu şəhərində beşmərtəbəli binanın çökməsi nəticəsində azı 9 nəfər ölüb, 8 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, tikilinin sökülməsi işləri zamanı bina ictimai nəqliyyatın dayanacağına aşıb. Həlak olanların və yaralananların hamısı dayanacaqda dayanmış avtobusun sərnişinləridir. Xəsarət alanlar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Xilasetmə xidmətləri binanın dağıntılar altında yoldan keçənlərin və ya inşaatçıların qalıb-qalmadığını yoxlayırlar. Hadisənin səbəbləri aydınlaşdırılır. //Axar.az