Quterreşin G7 ölkələrindən tələbləri AÇIQLANDI

 04:00 10.06.2021     97

G7 ölkələrinin Zirvə görüşünə qatılacaq BMT Baş katibi Antonio Quterreşin gündəliyi bəlli olub.

Redaktor.az xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

S.Düjarrik deyib ki, Quterreş beynəlxalq peyvənd planının hazırlanmasını və COVID-19 əleyhinə peyvənd istehsalının iki qat artırılmasını tələb edəcək:

"Quterreş G7 ölkələrin liderlərini iqlim dəyişikliyi və iqlim maliyyələşdirilməsinə dair daha konkret öhdəliklər götürməyə çağıracaq". //Axar.az