Suriyada partlayış zamanı Rusiya hərbçisi ölüb - YARALILAR VAR

 09:00 10.06.2021     487

Suriyanın şimalında yerləşən Haseke vilayətində Rusiya hərbi polisi yoxlamalar aparan zaman naməlum partlayıcı qurğu vasitəsilə zirehli avtomobil partladılıb.

Redaktor.az xəbər verir ki, nəticədə 1 hərbçi ölüb, 3-ü yaralanıb. Yaralılar müalicə müəssisəsinə yerləşdiriliblər və onlara ilkin tibbi yardım göstərilib. Həyatları üçün təhlükə olmadığı bildirilir.

Rusiya Müdafiə Nazirliyi ölən hərbçinin ailəsinə lazım olan bütün dəstək və köməyin göstəriləcəyini bəyan edib. //Qafqazinfo.az