"Dəhşət evi"ndə ac, susuz saxlanılan YEDDİ UŞAQ

 23:00 10.06.2021     106

Braziliyanın Makapa şəhərinin polisinə "dəhşət evi" ilə əlaqəli anonim zənglərlə “hücum” edilib.

Redaktor.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları həmin ünvana gələndə həqiqətən də dəhşətli mənzərə ilə qarşılaşıblar.

Açılan bir metal qəfəsin arxasına kilidlənmiş çılpaq və çirkli körpələri tapıblar.

3-7 yaş arasında olan uşaqların xəstə, ac və susuz olduğu müəyyən edilib. Onlarda qrip, anemiya əlamətləri və bədənlərində yaralar, hətta körpələrdən birində autizm də olub.

Ev xaos və nizamsızlıq içində, əşyalar qat-qat çirk ilə örtülübmüş. Yaşayış evində içməli su, yemək, soba və ya soyuducu da olmayıb.

Atılmış körpələrə yalnız 13 yaşlı qız baxıb. Bu uşaqlardan ikisinin anasının kiçik bacısı olduğunu söyləyib.

Uşaqlar “dəhşət evi”ndən götürülüb, hazırda onlara tibbi yardım göstərilir. 

Əvvəlcə hüquq-mühafizə orqanları bədbəxt anaları tapa bilməyiblər. Ancaq sonra valideynlərin özləri uşaqları geri qaytaracaqlarını söyləyərək sosial xidmətlərlə əlaqə saxlayıblar.

Hazırda bu dəhşətli olayla bağlı araşdırma aparılır.//Lent.az