Köçəryan Azərbaycanla sərhəddəki MÜLKÜ ERMƏNİLƏRİ SİLAHLANDIRMAĞA ÇAĞIRDI

 08:40 11.06.2021     396

"Çəpərlərin maksimum sıxlığını təmin edərək Azərbaycanla sərhədi ən qısa müddətdə bərkitmək lazımdır”.

 

Redaktor.az xəbər verir ki, erməni mediasınan yaydığı məlumata görə, bunu Ermənistanın ikinci terrorçu prezidenti, "Hayastan" blokunun lideri, baş nazirliyə namizəd Robert Köçəryan Tsaxkahovit kəndinin sakinləri ilə görüşündə bildirib.

 

“Əks təqdirdə davamlı olaraq təkrarlanan təhlükəli hadisələr olacaq. İndi mal-qara keçəcək, sonra yenə kimsə itiəcək, yenə əsirlər... Heç kimin keçə bilməməsi üçün sərhədi mümkün qədər sıx bir şəkildə düzəltmək lazımdır. Gələcəkdə münasibətlər yaxşılaşarsa, bir nəzarət-buraxılış məntəqəsi qurula bilər. Yaxın gələcəkdə belə bir fürsət görmürəm ”-deyib Köçəryan.

 

Əhalinin iştirakı ilə İsrailin sərhəd mühafizəsi modeli ilə bağlı sualı cavablandıran eks-prezident bir vaxtlar keçmiş müdafiə naziri Seyran Ohanyanın oxşar bir modeli Tavuşda tətbiq etdiyini xatırladıb.

 

“Sakinlər çox razı idilər. Niyə davam etmədiyini bilmirəm. İnsanlara silah verilsə, bir-birlərinə atəş edə biləcəklərini deyirdilər. Axı ov silahından da atəş açmaq olar. Belə bir model tətbiq etməyi düzgün hesab edirəm ”-deyə terrorçu eks-prezident əlavə edib.//Moderator.az